Azərbaycan Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Bildirilib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.

Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibənin 17-ci ili tamam olur.