"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalın atası Munir Nəsraui "Real" azarkeşlərinə müraciət edib.

"Unikal" xəbər verir ki, o, Madrid təmsilçisinin fanatlarının oğlunu təqir etməsinə etirazını bildirib: 

"Lamin təkcə "Barselona"da deyil, həm də İspaniya millisində oynayır. Belə gənc yaşında "Barselona"da artıq 100 oyun keçirmiş oğlanı tərifləməliyik. İnsanların onun haqqında pis danışmasını xoşlamıram. Lamini danlamağa da ehtiyac yoxdur. "Barselona" azarkeşləri "Real"ın gənc yetirmələrini təhqir etmirlər".

Qeyd edək ki, Lamin bu mövsüm bütün turnirlərdə 49 matça çıxıb, 15 qol vurub və 24 məhsuldar ötürmə verib.