Rusiya prezidenti Vladimir Putin sənədli filmində Kremldəki mənzilini nümayiş etdirib.

"Unikal" xəbər verir ki, o, jurnalist Pavel Zarubini Kremldəki iqamətgahında qonaq edib. 

Yayımlanan fraqmentlərdə Putinin soyuducudan kefir və şkafdan iki ağ fincan götürdüyü görünür. Mənzildə stolun üstündə meyvələr, bal, ədviyyatlar var. Güzgünün yanındakı rəfdə sənədləri olan iş qovluqları yer alır.  

Bunun fonunda Rusiya lideri Zarubinə və özünə iki fincan kefir süzüb. 

Həmçinin, filmin çəkilişi zamanı Vladimir Putin deyib ki, o, adətən zəngli saat olmadan özbaşına oyanır. Lakin nadir hallarda onu yuxudan kimsə zənglə oyadır. 

Sözügedən görüntüləri diqqətinizə çatdırırıq.  

Gülayə Mecid