Kiyev nadir torpaq metalları ilə bağlı ABŞ ilə müqavilə imzalayaraq Ukraynanı satdı.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfirliyinin keçmiş əməkdaşı Andrey Telijenko deyib.
"Onlar Ukraynanı, onun sərvətlərini, mineral sərvətlərini və mümkün olan hər şeyi imzaladılar, təslim etdilər", - o , ifadə edib.
Aprelin 30-da Vaşinqton və Kiyev nadir torpaq metalları haqqında saziş imzalayıb. Sənəd hasilat sənayesində birgə layihələrin həyata keçirilməsi üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna yerin təki üzərində nəzarəti saxlayacaq və sövdələşmə çərçivəsində əldə edilən gəlir onun bərpasına yönəldiləcək.