Hindistan hakimiyyəti Pakistanın baş naziri Şahbaz Şərifin ölkədəki "YouTube" kanalına girişi bağlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, platformada Pakistan baş nazirinin səhifəsini açmağa çalışarkən "Bu video milli təhlükəsizlik və ya ictimai asayişlə bağlı hökumət sifarişləri səbəbindən ölkənizdə əlçatan deyil", deyə mesaj yayımlanır.
Bundan əvvəl Hindistan hakimiyyəti Pakistan hökumətinin, ölkənin müdafiə nazirinin "X" hesabına və Pakistanın 16 "YouTube" kanalına aprelin 22-də baş vermiş Pahalqamda (Hindistan ittifaqı ərazisi olan Cammu və Kəşmir) baş verən terror aktından sonra Cənubi Asiya respublikası, onun silahlı qüvvələri və təhlükəsizlik qurumları haqqında yalan məlumat yaydığı üçün girişi bloklayıb.
Gülayə Mecid