Ölkələr o vaxta qədər müdafiə xərclərini artırmaq üçün tədbirlər görməsə, Tramp iyunda keçiriləcək NATO sammitində iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker deyib.
Bildirilib ki, lmanlar əvvəlcə hesab edirdilər ki, amerikalılar NATO ölkələrinin ÜDM-in 5%-ni müdafiəyə xərcləməsi tələbini ciddi qəbul etmirlər və bu, sadəcə, danışıqlar taktikasıdır.
Qeyd edək ki, Almaniya üçün ÜDM-in 5%-i təxminən 215 milyard avro təşkil edir.