Gəncədə özünü asan 17 yaşlı oğlan xilas edilib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. Şəhər sakini, 2008-ci il təvəllüdlü S.İsmayılov özünü asaraq intihara cəhd edib. Ailə üzviləri onu son anda xilas ediblər.
Yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov