Şəmkirdə qəza baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Adıgözəlov Elşad Sahib oğlunun idarə etdiyi "Toyota Prado" və Dəllər qəsəbə sakini, 1963-cü il təvəllüdlü Məmmədov Valeh Əhməd oğlunun idarə etdiyi "Kamaz" markalı avtomobillər toqquşub.
Nəticədə "Toyota Prado"nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Vəliyev Tahir Rafiq oğlu xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov