ABŞ prezidenti Donald Tramp mümkün varislər kimi dövlət katibi Marko Rubionu və ABŞ-nin vitse-prezidenti Cey Di Vensi qeyd edib.

"Unikal" xəbər verir ki, o bu barədə "NBC News" kanalında açıqlama verib.

Tramp deyib ki, bu iki siyasətçi və daha “10-15-20” adam vəzifədən getdikdən sonra MAGA “Amerikanı yenidən möhtəşəm et” hərəkatına rəhbərlik edə bilər.

Trampın sözlərinə görə, hazırda ABŞ Demokratlar Partiyasında çəki baxımından gənc nəsillə müqayisə oluna biləcək Respublikaçılar yoxdur.