İsmət Abbasov ötən ilki uğursuzluğu təkrarlayacaqmı?
12:58 24-08-2013
İQTİSADİYYAT
İsmət Abbasov ötən ilki uğursuzluğu təkrarlayacaqmı?
Respublika sərgi-satış yarmarkasında gözlənilənlər....
Sentyabrın 5-də Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən Dəniz vağzalının salonunda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılacaq. Əvvəlki illlərdən fərqli olaraq o, 1 ay davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, yarmarkada 300 arıçı iştirak edəcək. Yarmarkada 500 ton balın satışı proqnozlaşdırılır. Nazirlik balın 1 kq-ı 15 manata satmağı tövsiyə edib.
KTN mütəxəssislərinin hesablamasına görə, ölkəd 240 min arı ailəsi var. Bal istehsalı ildə 2500 tondur. Azərbaycanda həmçinin arıçıların bir neçə ictimai birliyi fəaliyyət göstərir.
Maraqlı məqam isə ötən ilki analoji yarmarkada baş verənlərin bu il də təkrarlanıb-təkrarlanmayacağıdır. Belə ki, İsmət Abbasovun nazirliyinin keçən il təşkil etdiyi yarmarka ətrafında müxtəlif qalmaqallar yaşanmışdı. Məsələn, hələ yarmarka başlanmamışdan arıçılar arasında bir çox ciddi narazılıq yaranmışdı. Tutaq ki, Astara arıçıları bu tədbirdə onlara az yer verilməsinə etiraz etmişdi. Ona görə də bildirmişdilər ki, bütün arıçılar həvəsdən düşüblər.
Arıçılar il boyunca gözlədikləri satış yarmarkasında məhsullarını satmaq üçün onlara yer ayrılmasını istəmişdilər. Onların narahatlığı isə əbəs deyildi. Çünki arıçı min zəhmət bahasına əldə etdiyi məhsulunu satmaq üçün bu gün bazar tapa bilmir.
Yarmarka başladıqdan sonra isə qalmaqalların miqyası daha da genişlənmişdi; belə ki, mübahisə və qarşıdurma bir-birini əvəz etməyə başlamışdı. Hətta qarşıdurmaların əlbəyaxa dava həddinə çatdığını da o vaxt mətbuat yazmışdı. Məsələn, mübahisələrdən biri yarmarkanıvn təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan arıçılarına qiymət güzəşti etməsi ilə bağlı olub. Belə ki, nazirlik Naxçıvandan gələn sahibkarlara güzəşt edərək qiymətləri qaldırmalarına icazə verib. Bundan narazı qalan digər bal satanlar da qiymətləri qaldırıblar. Qeyd edək ki, ötən il İsmət Abbasovun nazirliyi hələ tədbirdən öncə bəyan etmişdi ki, 1 kiloqram balın 15 manatdan baha satışına icazə verilməyəcək və qiymətlərə nəzarət olunacaq. Ancaq sonradan qiymət üstündə həm arıçıların öz aralarında, həm də onlarla nazirlik nümayəndələri arasında ciddi və gərgin mübahisələr yarandı.
Sonradan yarmarkada balın bir kilqoramının 20-25, hətta 30 manata satıldığını, arıçıların nazirlik rəsmiləri ilə konfliktə getdiyi və işin pozulacağından narahat olan İsmət Abbasovun işçilərinin də geri çəkildiyi barədə məlumatlar yayıldı.
İndi də belə iddialar var ki, hazırda bir çox arıçılar İsmət Abbasovun bu il təşkil etdiyi yarmarkaya məhz ötən ilki qalmaqallar üzündən maraq göstərmirlər. Onların bir qisminin bu il də oxşar halların baş verəcəyindən çəkindiyi, elə bu səbəbdən də sentyabrın 5-də start veriləcək sərgi-satış yarmarkasını boykot edə biləcəkləri vurğulanır.
Qeyd edək ki, İsmət Abbasovun nazirliyinin yarmarkaları bir qayda olaraq ya özünü doğrultmur, ya da yadda ancaq skandalları, narazılıqları ilə qalır. Məsələn, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları əhaliyə guya ucuz meyvə-tərəvəz, ət, süd və s. məhsulların satışını nəzərdə tuturdu; amma həm keyfiyyət, həm qiymət sarıdan bazarlara uduzdu, ona görə də bir müddət sonra həm tənqid, həm də ironiya hədəfinə çevrildi.
Eyni prosesin bal yarmarkaları ilə bağlı yaşanması göstərir ki, Abbasovun nazirliyi nəinki kənd təsərrüfatı sahəsində istehsalın artırılmasına, bu sahənin inkişafına nail olmaq baxımından, həm də hansısa sərgi-satış yarmarkalarının təşkili sarıdan kifayət qədər gücə, bacarığa malik deyil. Odur ki, ortaya belə problemlərin, qalmaqalların çıxmasına təsadüfi yanaşmaq doğru olmazdı.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40