İngiltərənin "Fulhem" komandasının oyunçusu Villian Premyer Liqada rekorda imza atıb.

"Unikal" xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Cənubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birinci olub.

Braziliya millisinin sabiq üzvü bu göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb.