Keniya prezidenti Uilyam Ruto xalqa müraciət edərkən ona ayaqqabı atılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, insident zamanı prezident xəsarət almayıb.

Hadisə mayın 4-də dövlət başçısının Miqori dairəsində keçirilən mitinqdə çıxışı zamanı baş verib. Ölkənin daxili işlər naziri Kipçumba Merkomen bildirib ki, polis hadisə ilə bağlı artıq üç nəfəri həbs edib.