İrəvanda "kriminal avtoritet" Artyom Arutyunov (daha çox "Artyom Kanevski" kimi tanınır) saxlanılıb.
"Unikal" xəbər verir ki, Baş Kriminal Polis İdarəsinin əməkdaşları Ermənistan paytaxtının küçələrindən birində Arutyunov da daxil olmaqla 5 nəfəri yaxalayıb.
Qeyd edək ki, Arutyunovun saxlanılması ilk hal deyil: əvvəllər təhlükəsizlik qüvvələri “kriminal avtoritet”i dəfələrlə nəzarətə götürüb.