Pakistan və Hindistan arasında artan gərginlik səbəbindən səkkiz saatlıq dayandırıldıqdan sonra Lahor və Kəraçi də daxil olmaqla bir sıra hava limanlarında uçuş əməliyyatları normallaşmağa başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hər iki əsas hava limanından bir neçə uçuş bərpa edilib. Kəraçi hava limanında bu gün iki beynəlxalq və bir daxili reys həyata keçirilib və bu, xidmətlərin tədricən bərpa olunduğunu göstərir.

Gülayə Mecid