İran prezidenti Məsud Pezeşkian Məşhəd şəhərinə səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Pezeşkian səfəri zamanı İranın bundan əvvəlki prezidenti İbrahim Rəisinin anasını ziyarət edib. ️

Görüş zamanı İbrahim Rəisinin anası qısa cümləsi ilə diqqət çəkib. O, Pezeşkiana helikopterə minməməyi tövsiyə edib: "Helikopterə minməyin". 

Xatırladaq ki, 2024-cü il mayın 19-da axşam saatlarında aralarında prezident İbrahim Rəisinin də olduğu helikopter qəzaya uğrayıb. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı İranda beş günlük matəm elan edilib.

Ağarza Elçinoğlu