Kərəm Həsənovla Abid Şərifov arasında soyuqluq
11:11 27-08-2013
İQTİSADİYYAT
Komitə sədri baş nazir müavinindən niyə inciyib?
Baş nazirin müavini Abid Şərifovla Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında soyuqluq yaranıb. Bu barədə qəzetimizə adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin deməsinə görə, Həsənovun vitse-premyerdən incikliyinə Şərifovun bir müddət verdiyi açıqlama səbəb olub. "Həmin açıqlamasında baş nazirin müavini Faktiki olaraq Kərəm Həsənovun komitəsinin ünvanına Daş atmışdı" deyə mənbəmiz bildirib.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, söhbət Abid Şərifovun bu ilin mayında verdiyi açıqlamadan gedir. Qeyd edək ki, həmin vaxt jurnalistlərlə söhbətində baş nazir müavini qaçqınların tikilən yeni binalarda məskunlaşmasından sonra onların zəbt etdiyi mənzillərdən və obyektlərdən çıxarılması məsələsinə toxunmuşdu. "Azərbaycanda sovet dövründə vətəndaşlar üçün tikilən binalar dövlət komissiyası tərəfindən təsdiq olunaraq vətəndaşların istifadəsinə verilib. Bundan başqa, onlara order də verilib" deyə jurnalistlərə açıqlamasında bildirən baş nazirin müavini Abid Şərifov daha sonra demişdi ki, indi məcburi köçkünlər tikilən yeni binalara köçürüləndən sonra onların əvvəl yaşadıqları binalar müayinə olunmalı və statusuna uyğun olaraq sahiblərinə verilməlidir.
Şərifov həmçinin təəssüflə qeyd etmişdi ki, indi bəzi obyektlər artıq özəlləşib: "Günah onlarda deyil, onlara komissiya tərəfindən order verənlərdədir. Amma bu məsələlərə də baxılacaq".
Həqiqətən də baş nazir müavininin açıqlamasının son hissəsində irad və qınağın özəlləşdirmə prosesini həyata keçirənlərə, order verənlərə yönəldiyi aydın görünür. Belə çıxır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov da belə hesab etdiyi və baş nazir müavininin iradlarını ya haqlı saymadığı, ya da iqtidardaxili münasibətlər kontekstinə yaraşdırmadığı üçün Abid Şərifovdan küsüb. Həmin küskünlük isə o qədər ciddi olub ki, sonda iki iri məmur arasında "soyuq küləklər"in əsməsini şərtləndirib.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40