"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını "Arsenal"da davam etdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, transferlə "Arsenal"ın baş məşqçisi Mikel Arteta şəxsən maraqlanır.
O, komandasına təcrübə və yaradıcılıq qatmaq üçün De Brüynenin keçidini istəyir.
Qeyd edək ki, De Brüyne bu mövsüm "Mançester Siti"nin heyətində 36 oyuna çıxıb. O, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.