Ukraynada səfərdə olan Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin barəsində açıqlama verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Makronun sözlərinə görə, Putin sülhün tərəfdarı deyil.
"Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - Fransa prezidenti deyib.
Makron həmçinin Ukraynada “güclü və davamlı sülh qurmaq” arzusunu ifadə edib. O, həmçinin Rusiyanı "tarixi revizionizm" iddiasında ittiham edib.
Gülayə Mecid