Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqublu 40 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.
Penitensiar Xidmətdən "Unikal"a xəbəri təsdiqləyiblər.
***
16:27
Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqubludan xəbər var.
"Unikal"ın əldə etdiyi məlumata görə, T.Yaqublu aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, o, 40 gündür aclıq aksiyası keçirirdi. Səhhəti pisləşdiyinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.
Xatırladaq ki, Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.
Murad İbrahimli