Rusiya lideri Vladimir Putin gözlənilmədən gecə saatlarında mətbuat konfransı keçirir. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Putinin 2022-ci ilin 24 fevralından sonra ilk gecə müraciətidir.

O, mətbuat konfransına faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı danışaraq başlayıb. Putin daha sonra Şimali Koreya hərbçilərinin Kursk vilayətində döyüşməsindən bəhs edib: "Şimali Koreya hərbçiləri Kursk bölgəsində yüksək peşəkarlıqla hərəkət edib, yaxşı təlim və hazırlıq nümayiş etdiriblər". 

Prezident həmçinin Avropa ölkələri ilə münasibətlərin normallaşmasından da danışıb: "Zaman gələcək Rusiya və Avropa arasında münasibətlərin normallaşmasına ehtiyac yaranacaq. Bu qaçılmazdır, çünki biz daima qonşu olaraq qalacağıq".

Ağarza Elçinoğlu