Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonsonun İspaniyanın “Real Madrid” klubu ilə bağlayacağı müqavilənin müddəti məlum olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı çalışdırıcı Madrid təmsilçisi ilə 2028-ci ilin yayındakı sözləşmə imzalayacaq.

Daha əvvəl ispan mütəxəssisin iyunun 1-də rəsmi müqaviləyə imza atacağı bildirilib.

Qeyd edək ki, “Bayer” klubu mayın 9-da Xabi Alonsonun mövsümün sonunda vəzifəsindən ayrılacağını açıqlayıb.