21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq.
"Unikal" AFFA-nın saytına istinadən xəbər verir ki, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Millimiz əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşünün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcəyi bildirilib.
U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.