İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda ağıllı davranır.
"Unikal" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
"Onlar hazırda çox ağıllı hərəkət edirlər", - deyə Tramp söyləyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Tehran “ağıllı şəkildə danışıqlar aparır”. Tramp əlavə edib ki, İran nüvə silahına malik olmamalıdır.