"Yerevanda aldığım dərsi heç vaxt unutmaram"
11:20 27-08-2013
CƏMİYYƏT
"Yerevanda aldığım dərsi heç vaxt unutmaram"
"Nə qədər ki, Ermənistan əhalisi insanların öz fikrini sərbəst ifadə etməsinə hədə və fiziki zorakılıqla cavab verir, bu ölkənin Avropa İttifaqı ilə assosiativ sazişə hazır olub-olmaması barədə fikirləşməyə dəyər"
Moldova ombudsmanı Aureliya Qriqoriu , Avropa İttifaqının Ermənistanla da assosiativ saziş bağlanmasına dair danışıqlara reaksiya verərək bildirib ki, demokratik təsisatların yaradılması və inkişafı postsovet dövlətlərinin uzunmüddətli məqsədi kimi qalmaqda davam edir. Bu ölkələrdə yenə də demokratiya qıtlığı və insan hüquqlarının pozulması müşahidə olunur. Buraya "dondurulmuş münaqişələr"dən əlavə, korrupsiya, hakimiyyət nümayəndələrinin "hüquqi immuniteti", demokratik proseslərin imitasiyası və insan hüquqlarının geniş miqyasda pozulması aiddir.
Mən Ermənistanda olmağımı, öz təcrübəmi əsas götürərək deyə bilərəm ki, bu ölkədə qanunun aliliyi prinsipi kimi Avropa dəyərlərinin tətbiq edilməsi barədə danışmaq düzgün olmazdı. Ermənistanda istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda birinci yeri milli maraqlar tutur:-"Yerevan parlamentindəki nitqimdən sonra Ermənistan məni təqib etməyə başlamış, insan hüquqlarının əsas prinsiplərini bilərəkdən pozmuşdur. Ermənistan mətbuatında bu ölkəyə gələn hüquqşünaslara, ombudsmanlara və hüquq müdafiəçilərinə nəzarət etməyin zəruri olması barədə dərc edilən yazıların şərhə ehtiyacı yoxdur. Nə qədər ki, Ermənistan əhalisi insanların öz fikrini sərbəst ifadə etməsinə hədə və fiziki zorakılıqla cavab verir, bu ölkənin Avropa İttifaqı ilə assosiativ sazişə hazır olub-olmaması barədə fikirləşməyə dəyər.Güman edirəm ki, Avropa Şurası özü üçün müəyyən nəticələr çıxaracaqdır. Avropa dəyərlərinin tətbiqinin imitasiyası və onların gündəlik həyatda real tətbiq edilməsi arasında fərq qoyulmalıdır. Çox təəssüflə deməliyəm ki, Ermənistanın siyasi rəhbərliyi Avropa dəyərlərini gündəlik həyatda tətbiq etməkdən hələ çox uzaqdır.Məlum olduğu kimi, Avropa dövlətlərinin əksəriyyəti tərəfindən imzalanmış beynəlxalq sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində, BMT Baş Məclisinin qətnamələrində (2008-ci il), "AŞPA-nın qətnaməsinin layihəsi"ndə (2013-cü il) birmənalı olaraq qeyd edilir ki, Azərbaycanın ərazisi Ermənistan tərəfindən işğal edilmişdir. Mənim fikrimcə, münaqişənin həll edilməsi üçün Ermənistan insan hüquqlarına riayət edilməsinə dair təsirli tədbirlər görməli, BMT qətnamələrini yerinə yetirməli və BMT-nin digər üzvü olan Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməlidir.Mənim fikrimcə, əsas fərq ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq Moldova Respublikası həm milli, həm də beynəlxalq səviyyələrdə Avropa dəyərlərinin reallaşdırılması üzərində işləməyə çalışır. Ermənistan isə özünün sırf milli maraqlarını Avropa dəyərləri kanonlarından üstün tutur, bununla da demokratik prinsipləri və insan hüquqlarını pozur".O, daha sonra Ermənistanda olduğu zaman baş verən hadisələr barədə danışaraq deyib ki, Yerevana 2013-cü il iyulun 4-də "Qanunun aliliyi və sərhədlər barədə Avropa standartları: Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının baxışları" mövzusunda Avropa elmi-praktiki konfransında iştirak etmək üçün gəlmişdim. Mən "dondurulmuş münaqişələr ərazilərində insan hüquqlarına riayət edilməsi" mövzusunda təqdimatla çıxış etdim.Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsinə dair Avropa standartları Avropa Birliyinin sənədlərində müvafiq hüquqi normalarda təsbit edilmişdir. Bu, həmin standartların istənilən şəraitdə reallaşdırılmasına təminat verir. Mən bunu əsas götürərək "dondurulmuş" münaqişələr baş verən ərazilərdə insan hüquqlarının pozulmalarını identifikasiya etməyə risk etdim. Mənim məqsədim ondan ibarətdir ki, gələcəkdə həmin zonalarda insan hüquqlarının bu cür pozulmasının qarşısı alınsın və həmin münaqişələrin yalnız dinc vasitələrlə tənzimlənməsi təmin edilsin. Mən Gürcüstan, Azərbaycan və Moldova haqqında öz məruzəmdə beynəlxalq sənədlərə, "Promo-LEX" assosiasiyasının nəşrlərinə, habelə Moldova Respublikası prezidentinin rəhbərliyi ilə 2012-ci ildə keçirilmiş "Dövlət İdarəçilik Akademiyası" mövzusunda beynəlxalq konfransın materiallarına istinad edirdim. Ermənistanın Azərbaycana qarşı yönəlmiş təcavüz siyasətinə mənim şərhim BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (¹ 822 (1993), ¹ 853 (1993), ¹ 874 (1993) və ¹ 884 (1993)), habelə BMT Baş Məclisinin 62/243 ¹-li qərarının (mart 2008) məzmununa tamamilə müvafiqdir.Mən çıxış edəndən sonra başa düşdüm ki, insan hüquqlarının və əsas azadlıqlarının mühüm komponentlərindən biri olan qanunun aliliyi prinsipi Ermənistanda tətbiq edilmir. Hələ bilavasitə parlamentin binasında keçirilən tədbir zamanı mənim ünvanıma siyasi satqınlıq və Azərbaycan təbliğatının yayılması ilə məşğul olmağım barədə yalançı ittihamlar səslənirdi. (Qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin vitse-spikeri Elmine Nağdanyan dünyanın 30-dan çox ölkəsini təmsil edən iştirakçıları konfransın yekun sənədində mənim çıxışımı pisləməyə çağırdı, lakin bu təşəbbüs dəstəklənmədi).Bundan əlavə məni öz nitqimə görə "cəzalandırmaq" üçün tədbirlər görüldü. Mənim mehmanxanada qaldığım nömrəyə zəng vurub mənə fiziki zor tətbiq ediləcəyi ilə hədələyirdilər. Mənim Facebook səhifəmə saysız-hesabsız hədə və təhqirlər daxil olurdu. Ermənistan KİV-lərində mənim fotoşəklimi və bütün hüquq müdafiəçilərinə münasibətdə zor tətbiq etmək barədə çağırışlarla dolu məqalələr dərc edilmişdi. Mənim bu ölkədən getməyimi çətinləşdirdilər. Sürücü məni aeroporta aparmaqdan imtina edəndə isə Moldova Respublikası Konstitusiya Məhkəməsinin hakimi və bizim nümayəndə heyətinin üzvü cənab V.Pops məni həyatım üçün təhlükəli vəziyyətdə atıb getdi. Yalnız Rumıniya (Avropa İttifaqının üzvü kimi) və Gürcüstan diplomatlarının təkidi ilə mənim həmin ölkədən çıxmağım təmin edildi. "Avropa standartları" üzrə Yerevanda aldığım dərsi heç vaxt unutmaram.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10