Bu gün futbol üzrə İtaliya Kubokunun qalibi müəyyənləşəcək.
"Unikal" xəbər verir ki, həlledici oyunda “Bolonya” və “Milan” komandaları üz-üzə gələcək. Roma Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Bolonya” indiyədək 2, “Milan” isə 5 dəfə kubokun sahibi olub.