"Azərbaycan çoxtərəfli münasibətlər sistemində həmişə öz fəallığını qorumağa çalışan dövlətdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
"Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək. Həmin vaxtdan etibarən 2 illik müddətdə Azərbaycan bu qurumun sədrlik funksiyalarını yerinə yetirəcək. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var. Göründüyü kimi, Azərbaycan qlobal çoxtərəfliliyin mərkəzi rolunu oynaması funksiyası özünü praktiki müəyyən hadisələr, inkişaflarla da göstərir. Növbəti illərdə də bunu davamı olaraq sistemli şəkildə fəaliyyət aparılacaq", - deyə nazir müavini bildirib.
Anar Kəlbiyev