Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib ki, o, Rusiya prezidenti Vladimir Putini Ukrayna prezidenti Vladimir Zelenski ilə cümə axşamı İstanbulda keçiriləcək üzbəüz sülh danışıqlarında iştirak etməyə şəxsən razı salmağa çalışacaq.

"Unikal" xəbər verir ki, onun sözlərini AFP nəşri sitat gətirib. 

Bildirək ki, Rusiya və Braziliya BRİKS qrupuna üzv olduqları üçün iqtisadi tərəfdaşdırlar və Lula bu yaxınlarda Moskvada Qələbə Paradında iştirak edib.

Nəşr qeyd edir ki, Lula Moskvaya getməzdən əvvəl Pekində keçirdiyi mətbuat konfransında "Putinlə danışmağa çalışacağam" deyib.

Bundan əvvəl Zelenski Türkiyədə olacağını, müharibəni bitirmək üçün Putinlə birbaşa danışıqlara hazır olacağını və gözləyəcəyini bildirmişdi.