“Sampdoriya” komandası İtaliya C Seriyasına düşüb.
"Unikal" xəbər verir ki, Cenoa təmsilçisi mövsümün son oyununda "Yuve Stabia" ilə qolsuz heç-heçə edərək üçücü liqaya yuvarlanıb.
İtaliyanın tanınmış komandalarında sayılan “Sampdoriya” 2023/2024-cü illər mövsümündən B Seriyasında mübarizə aparırdı. Klub 1989/1990-cü illərdə UEFA Kubok Qalibləri Kubokunun və 1990/1991-cü illər mövsümündə isə A Seriyasının qalibi olub.
Hazırda kollektivin heyətində “Milan”ın sabiq futbolçuları Mbaye Nianq və Fabio Borini yer alıblar.