İspaniyanın "Real Madrid" komandasının qapıçısı Andriy Lunin ötən gün məşq zamanı zədələnib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı əlcək sahibi bu gün La Liqanın 36-cı turunda “Malyorka” ilə keçiriləcək görüşü buraxacaq. Ukraynalı qolkiperin əvəzinə Fran Qonzales heyətə daxil edilib.
A.Lunin bu mövsüm “Real Madrid”in heyətində 12 oyunda meydana çıxıb.