MilliŞura geri çəkilir...
11:22 27-08-2013
CƏMİYYƏT
MilliŞura geri çəkilir...
Radikal müxalifətin toplandığı qurumun - Milli Şuranın seçdiyi seçki taktikasının iflasa uğrayacağı barədə neçə aylardır ki, verilən proqnozlar gerçəkləşir. Belə ki mühacirətdə olan eks-spiker, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev bildirib ki, "Yeganə bir şəxsin qələbə şansı var idi o da Rüstəm İbrahimbəyov idi. Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə Milli Şura yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi bir ay müddətində hansısa bir gücə çevriləcəklərinə inanmaq çətindir. Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün vəseçkiləri baykota çağırsın, ancaq bu addım gecikmiş addım olacaq".
Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun "Unikal"a söylədiyinə görə, "Rüstəm İbrahimbəyovun prezidentliyə namzədliyinin boşa çıxması artıq konkretləşmiş məsələdir. Görünür, o, ikili vətəndaşlıq məsələsini həll edə bilməyib. Hazırda tanınmış alim, cəmiyyətdə nüfuzu olan ziyalı Cəmil Həsənlinin namizədliyi üstündə durulub. Lakin Milli Şurada ən ciddi problem budur ki, orada bir-birini həzm edə bilməyən qüvvələr və insanlar cəmləşib. Ona görə də Cəmil Həsənlinin seçki kampaniyasının gedişində bir sıra xoşagəlməz problemlərin meydana çıxacağı istisna deyil. Hazırda Mili Şurada təmsil olunan qüvvələrin bir nömrəli vəzifəsi Cəmil Həsənli üçün imzalar toplamaq, seçicilərlə görüşlərin təşkil edilməsi, qanunla yol verilən mitinqlərə hazırlıq görməkdir".
Politoloqun müşahidələrinə görə, "Cəmil Həsənlinin seçki kampaniyasının gedişində müsavatçılarla cəbhəçilər arasında problemlərin yaşanacağı gözlənilir. Eşitdiymə görə, Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Müsavatın önəmli funksionerlərindən biri Arif Hacılı olacaq. Belə olarsa, kampaniyanın gedişində müsavatçılarla AXCP-çilərin qarşılıqlı münaqişələrində intriqaların görünəcəyi bu başdan təəssüf hissi doğurur. Amma yenə də ümid edək ki, bu qurumda təmsil edilən qüvvələr və siyasətçilər milli maraqları qrup maraqlarından üstün tutacaqlar".
Müstəqil politoloq Zərdüşt Əlizadənin "Unikal"a bildirdiyinə görə, "Cəmil Həsənli son dərəcə xeyirxah insan və gözəl bir ziyalıdır. Lakin onun özünün söykənəcəyi ayrıca bir siyasi təşkilatı yoxdur. Buna görə də onun üçün seçki kampaniyasını təşkil etmək bir qədər çətin olacaq. Hər şey Milli Şuradakı siyasi qurumların və siyasətçilərin səmimiyyətindən asılı olacaq. İndiki mərhələdə ən vacib vəzifə onun üçün imza toplamaqdır. Cəmil Həsənli və onu dəstəkləyən qüvvələr bu mərhələni uğurla başa vura bilsələr, qarşıdan gələn prezident seçkilərinin maraqlı keçəcəyini proqnozlaşdırmaq mümkündür".
Politoloqun sözlərinə görə, "Rüstəm İbrahimbəyovun vahid namizədliyi baş tutmayandan sonra Milli Şuranın başqa seçimi qalmayıb. Mənə elə gəlir ki, eks-spikerin prezident seçkilərini boykot etmək barədə çağırışları Azərbaycanın siyasi reallıqlarına bələd olmamaqdan irəli gəlir. Tarixi təcrübə göstərir ki, seçkiləri boykot etmək ideyası yalnız güclü cəmiyyətlərdə effektli ola bilir. Buna görə də hesab edirəm ki, Azərbaycan müxalifəti son iyirimi ildə nail ola bildiyi birliyi, yəni Milli Şuranı hər vəchlə qoruyub saxlamalı və siyasi mübarizəni davam etdirməlidir".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10