"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub.
"Unikal" xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"ni 83:78 hesabı ilə üstələyən "bayquşlar" ardıcıl 3-cü dəfə çempionatın qızıl medallarına sahib çıxıblar.
Rimas Kurtinaytisin rəhərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəyə nail olaraq çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, tərəflər arasında əvvəlki 5 görüşdə "Sabah" 3, "Neftçi" isə 2 qələbə qazanıb.