"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub.
"Unikal" xəbər verir ki, Qaziantep Böyükşəhər stadionunda keçirilən final oyununda "Trabzonspor"la qarşılaşan İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Sarı-qırmızılar"ın qollarını Barış Alper Yılmaz (5) və Viktor Osimhen (46, 63) vurublar.
Qeyd edək ki, "Qalatasaray" tarixi ərzində rekord sayda - 19-cu dəfə Türkiyə Kubokuna sahib çıxıb.