Cari mövsümün sonunda La Liqanı tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, bu, "Las Palmas"dır. Kanar adaları təmsilçisi La Liqanın 36-cı turunda "Sevilya"ya uduzub - 0:1.

La Liqanın qaydalarına əsasən, son 3 yeri tutan komandalar çempionatı tərk edəcəklər. Hazırda "Las Palmas" turnir cədvəlində 20 komanda arasında 32 xalla 19-cudur. 17-ci yerdəki "Alaves"in isə 38 xalı var. Bu da o deməkdir ki, "Las Palmas" istənilən halda La Liqa ilə vidalaşacaq. 

Xatırladaq ki, La Liqadan gedəcəyi dəqiqləşən ilk komanda “Valyadolid”dir.