ABŞ Dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, dövlət katibi ABŞ-ın İsraillə tarixi münasibətlərinə sadiqliyini və İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb. Dövlət katibi və baş nazir prezident Trampın Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əl-Şara ilə görüşü fonunda Suriya məsələsini müzakirə ediblər. Tərəflər həmçinin, İranın nüvə məsələsi barədə danışıblar.