"Çelsi"nin baş məşqçisi Enzo Mareska mövsümün qalan oyunlarının nəticəsindən asılı olmayaraq, vəzifəsində qalacaq.
"Unikal" xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, o, işini davam etdirəcək.
"Çelsi" rəhbərliyi italiyalıya ən azı iki tam mövsüm işləmək imkanı vermək istəyir. Bildirilib ki, klub Çempionlar Liqasına düşə bilməsə, bu, məyusluq kimi qiymətləndiriləcək, radikal həllər tələb edən böhran kimi deyil. Üstəlik, "Çelsi" digər klubların Mareska ilə maraqlandığından xəbərdardır.
"Çelsi" mövsümün sonuna iki tur qalmış 63 xalla Premyer Liqada 5-ci yerdə qərarlaşıb və bu, Çempionlar Liqasında oynamaq hüququ verir. Londonlular Konfrans Liqasının finalına da çıxıblar və burada “Betis”lə qarşılaşacaqlar.
45 yaşlı Mareska ötən ilin iyunundan "Çelsi"yə rəhbərlik edir.