"Səhiyyə Nazirliyi hazırda Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində plastik və rekonstruktiv cərrahiyyə şöbəsini yaradır".
"Unikal" əbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.
"Həmin şöbədə fəaliyyət üçün komissiyadan keçən 42 nəfər mütəxəssis cəlb olunacaq. Düşünürəm ki, həmin şöbə nümunəvi olacaq", - deyə nazir bildirib.
Anar Kəlbiyev