"Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.
"Unikal" xəbər verir ki, bu istiqamətdə mayın 15-də vəkillər tərəfindən 1 və 6 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərlə görüşlər keçirilib, onlara fərdi qaydada hüquqi yardım göstərilib.
Görüşlər zamanı 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.