Türkiyənin “Fənərbağça” və “Qalatasaray” komandaları İspaniyanın "Real Madrid" klubunun ukraynalı qapıçısı Andrey Lunini heyətlərinə qatmaq istəyirlər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı qolkiper İstanbul nəhənglərinin transfer siyahısında yer alır.
A.Luninlə Türkiyə təmsilçiləri ilə yanaşı, İspaniya və İtaliya klublarının da maraqlandığı bildirilib.
Qeyd edək ki, qapıçının "Real Madrid"lə müqaviləsi 2030-cu ilin yayına kimidir.