Bu gün Misli Premyer Liqasında 35-ci tur start götürüb.
"Unikal" xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. Qarşılaşmaların hamısı eyni vaxtda start götürüb.
“Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Bununla da Naxçıvan klubu xal sayını 58-ə çatdıraraq üçüncü yeri təmin edib.
“Sumqayıt” doğma meydanda “Turan Tovuz”a 1:0 hesabı ilə uduzub. Digər matçda isə gümüş medalı təmin edən “Zirə” “Sabah”la üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, "Zirə" xal sayını 71-ə çatdırıb. "Sabah" isə 45 xalla 5-ci yerdədir.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.