Fransanın "Olimpik Lion" klubunun yarımmüdafiəçisi Rayan Şerki iş yerini dəyişəcəyini açıqlayıb.
"Unikal" "L'Equipe"yə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu belə danışıb:
"Lion"a verdiyim faydaya ilə qürur duyuram. Gələcəkdə hansı komandada oynayacağımı bilmirəm. "Anje"yə qarşı matç sonuncu idi".
Daha öncə sözügedən oyunçunun Dortmund "Borussiya"sına keçəcəyi ilə bağlı informasiyalar dərc edilib.
Qeyd edək ki, Şerki "Lion"un yetirməsidir. O, 2019-cu ildən əsas komandada çıxış edir.