"Zirə"nin 2024-cü il üçün büdcəsi bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Klubun ötən il üçün ümumi gəlirləri 10 milyon 968 min 897 manat təşkil edib.

Bunun 6 milyon 233 min 897 manatı əsas fəaıiyyət gəliri, 4 milyon 735 min manatı sair gəlirlər olub.

Oyunçuların əmək haqlarına 4 milyon 83 min 454 manat, inzibatı və digər işçilərin əmək haqlarına 1 milyon 137 min 363 manat ayrılıb.

Xatırladaq ki, “Zirə” bu mövsüm ötən il olduğu kimi, Misli Premyer Liqasında 2-ci yeri təmin edərək Avropa kuboklarına vəsiqə qazanıb.