Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə yekun vurulub.

"Unikal" xəbər verir ki, “Sabah”ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın “Rubin” (Kazan) komandası ilə qarşılaşıb.

Görüş rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv turniri ikinci pillədə başa vurub. “Sabah”ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.