İnauqurasiya mərasimindən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Romada yeni Papa XIV Leo ilə görüşüb.

"Unikal" xəbər verir ki, siyasətçi bu barədə öz "Telegram" kanalında paylaşıb.

Ukrayna liderinin sözlərinə görə, dünyada milyonlarla insan üçün pontifik sülhə ümidi simvollaşdırır, ona görə də onun “səlahiyyəti və səsi” Ukraynada hərbi əməliyyatların dayandırılmasında mühüm rol oynaya bilər.

"Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilmək istəyinə görə Vatikana təşəkkür edirəm. Biz real nəticələr naminə istənilən formatda dialoqa hazırıq", - deyə Zelenski bildirib.