Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun oğlu Kriştiano Ronaldo Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət yığmasında ilk qollarını vurub.

"Unikal" xəbər verir ki, Vlatko Markoviç turnirinin Xorvatiya ilə finalında 7 nömrə altında çıxış edən portuqaliyalı 13-cü dəqiqədə sol ayaqla vurduğu zərbə ilə hesabı açıb, 43-cü dəqiqədə isə baş zərbəsi ilə dubl edib. Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçu ilk qolunu atasının üslubunda - "Siiii" qışqıraraq qeyd edib.