Mehriban Əliyeva ən zövqlü birinci xanımdır
Mehriban Əliyeva ən zövqlü birinci xanımdır

Rusiyanın məşhur dəb və gözəllik jurnalı olan “Allure” dünyanın ən zövqlü 7 birinci xanımının siyahısını hazırlayıb.
Azərbaycanın birinci xanımının rəsmi saytından xəbərə görə, liderlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsusdur.
Jurnal yazır ki, ən gözəl birinci xanımlardan olan Mehriban Əliyeva avqustun 26-da doğum gününü qeyd edib. “Dəbli məşhurların siyahısında Azərbaycan prezidentinin xanımının adına Hollivud ulduzlarından heç də az rast gəlinmir”, - deyə yazıda bildirilir.

Sonrakı sıralama belədir:
2. Karla Bruni-Sarkozi (Fransa)
3. Mişel Obama (ABŞ)
4. Jaklin Kennedi (ABŞ, 1961-1963)
5. Əsma Əsəd (Suriya)
6. Hayrennisə Gül (Türkiyə)
7. Kristina Fernandes (Argentina)