Belçika münaqişədə atəşkəs əldə edildikdən sonra Fransa və Britaniyanın rəhbərlik etdiyi “istəklilər koalisiyası”nın tərkibində Ukraynaya qoşun göndərməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken deyib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, “istəklilər koalisiyası” Ukraynada münaqişənin gərginləşməsində maraqlı olan müharibə tərəfinin liderlərinin birliyidir.