Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbul meriyasında korrupsiya cinayəti ilə bağlı cinayət işi üzrə daha 22 şübhəlini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Saxlanılanlar arasında yüksək vəzifəli şəxslərin də olduğu bildirilir.
"İstintaq çərçivəsində Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Taner Çetin, onun köməkçisi Arzu Can, ictimaiyyətlə əlaqələr üzrə direktor Serap Karay, ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Mustafa Karaoğlu, bələdiyyə sədrinin müavini Onur Gülin də daxil olmaqla 22 şübhəli saxlanılıb", - məlumatda qeyd olunub.
Nəşr xatırladıb ki, İstanbul Baş Prokurorluğu şübhəli şəxsləri, o cümlədən Türkiyə paytaxtının müxalif bələdiyyə sədri Əkrəm İmamoğlunu cinayət təşkilatına rəhbərlik etməkdə, cinayət təşkilatına üzv olmaqda, rüşvət almaqda, şəxsi məlumatların qanunsuz ələ keçirilməsində və dələduzluğa sövq etməkdə ittiham edir.
Gülayə Mecid