İtaliyanın "Milan" klubu yeni idman direktoru təyin etməyə yaxındır.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, A Seriyası təmsilçisi albaniyalı İqli Tare ilə anlaşıb.

Albaniya millisinin sabiq hücumçusu daha əvvəl “Latsio”da oxşar vəzifədə çalışıb.