Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Ermənistan və BƏƏ xarici işlər nazirləri Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə də toxunublar.
Mirzoyan regionda sülhün bərqərar olması kontekstində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb.