“Crystal Group of Companies” ASC-nin ümumi yığıncağı keçirilib.

"Unikal" xəbər verir ki, yığıncaq zamanı şirkətin fəaliyyət istiqamətləri üzrə görülən işlərə dair ətraflı müzakirələr aparılıb, eləcə də struktur və kadr dəyişiklikləri, idarəçilik mexanizminin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində mühüm qərarlar qəbul olunub.

Toplantıda çıxış edən “Crystal Group of Companies” ASC-nin Müşahidə Şurasının sədri Pərviz Vəliyev şirkətin gələcək strategiyasına uyğun olaraq idarəetmədə çevikliyin artırılması, resursların daha effektiv idarə olunması və korporativ inkişafın sürətləndirilməsi məqsədilə bir sıra yeni vəzifə təyinatlarının həyata keçirilməsi barədə yığıncaq iştirakçılarına məlumat verib.

Belə ki,  Rəsul Rəsulov və Rəfail Niftəliyev  “Crystal Group of Companies” ASC-nin İdarə Heyəti Sədrinin müavini, Eldəniz Əlimərdanov satınalma və kommersiya şöbəsinin müdiri, Emin Nəzərli “Crystal Mebel- İnteryer” şirkətinin direktoru vəzifələrinə təyin olunublar

Şirkətin rəhbərliyi yeni təyinatların kollektivdə müsbət dinamika yaradacağına və qarşıya qoyulan strateji hədəflərin icrasına töhfə verəcəyinə əminliyini bildirib.

“Crystal Group of Companies” ASC fəaliyyət göstərdiyi bütün sahələr üzrə innovativ idarəetmə, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq ölkənin tikinti sektorunda mövqeyini daha da gücləndirməkdə davam edir.